"Xəzərlə bağlı İranın mövqeyi heç vaxt birmənalı olmuyub. Məhz Xəzərin statusunun əldə olunmamasının ən böyük baiskarlarından biri İrandır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev, İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisinin Xəzər dənizinin adının dəyişdirilərək Kaspi edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran hər zaman Xəzər dənizi ilə bağlı müəyyən məsələlərə nifaq salmağa vərdiş edib: "Bu gün Xəzərin adı müzakirə predmeti olmamalıdır. Çünki hazırda Xəzərin adından daha vacib məsələlər mövcuddur. Burada əsas məsələ beynəlxalq prosseslərlə bağlıdır. Məsələ burasındadır ki, İran süni bir şəkildə bu ad məsələsini ortaya ataraq həmin proseslərdən yayınmağa çalışır. Ümumiyyətlə, I Avropa Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində bu cür təxribat xarakterli fikirlərin səsləndirilməsinə elə də əhəmiyyət vermək düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB