Elçin Mirzəbəyli: “Beynəlxalq təşkilatlar bu məsələdə aktiv fəaliyyət göstərməlidirlər”
"Girovlarla bağlı məsələnin AŞPA-nın müzakirəsinə çıxarılması prinsipcə müsbət hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, burada əsas məsələ insan hüquqlarının qorunmasından ibarətdir: "AŞPA bu məsələyə reaksiya vermək məcburiyyətindədir. Azərbaycan torpaqlarında ermənilər tərəfindən girov götürülən şəxslərə heç kəs bu cür münasibət göstərməməlidir. İnsanın öz torpağında gəzməyini heç kəs məhdudlaşdıra bilməz. Həmin ərazilərdə hazırda fəaliyyət göstərən qurumun da qəbul etdiyi hər hansısa bir qərar hüquqi sayıla bilməz. Buna görə də beynəlxalq təşkilatlar bu məsələdə daha aktiv fəaliyyət göstərməlidirlər. Əslində həmin təşkilatlar məsələyə münasibət bildirməkdə kifayət qədər gecikiblər. Ancaq gec də olsa girovlarla bağlı məsələnin AŞPA-nın müzakirəsinə çıxarılması müsbət faktordur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB