Beynəlxalq təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmadığını deyir
"Amnesty International" Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. SİA-nın xəbərinə görə, bu barədə "Amnesty International"-ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin məlumatında deyilir.
Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".Trend
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB