"Qubad İbadoğlunun ABŞ-a səfəri əslində, çoxdan planlaşdırılmışdı". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, ADR hərəkatının funksioneri Ellada Məmmədli Qubad İbadoğlunun ABŞ səfərinə münasibətini açıqlayarkən deyib. Ellada Məmmədli bu kimi səfərlərdə digər məqamların gizləndiyini söyləyənlər yanılırlar.
Hərəkat təmsilçisi qeyd edib ki, indiyə qədər Qubad İbadoğlunun ABŞ-a səfərləri daha çox iqtisadi məsələləri əhatə edirdi: "Budəfəki səfəri isə siyasi əlaqələrdən dolayıdır. Təbii ki, o orada ADR adından çıxış edəcək və bu da hərəkatın beynəlxalq əlaqələrinin güclənməsinə gətirib çıxara bilər".
Ellada Məmmədli ADR sədrinin səfərlərinin kollegial müzakirələrdən sonra reallaşdırıldığını deyib və qeyd edib ki, Qubad İbadoğlunun həmin səfərlər çərçivəsində maddi təminat mənbəyi axtarmasınında heç bir qeyri-normal hal yoxdur: "Biz kollegial şəkildə bir çox məsələləri müzakirə etdikdən sonra Qubad bəyin səfərini dəstəkləmişik. İstənilən şəxs yaşamaq üçün maddiyat mənbəyini axtarmalı olur. Əgər Qubad İbadoğlu bu və ya digər səbəbdən öz maddiyatını xarici ölkələrdən təmin edibsə bu normal haldır. Onun-bunun cibinə girməli deyil ki...".
ADR-in partiyaya çevrilib- çevrilməyəcəyinə də münasibətini açıqlatyan Müsavatın Qadınlar Birliyinin sədri və ADR funksioneri qeyd edib ki, siyasi partiyaların böyük əksəriyyətində toplaşanlar ADR-i özünə rəqib kimi seçib: "Uzun illər siyasi fəaliyyətlə məşğul olanların böyük əksəriyyəti ADR-də toplaşıb. Ona görə də, çoxları ADR-in siyasi partiyaya çevriləcəyindən qorxu hissi keçirirlər. Amma bizim əsas məqsədimiz siyasi partiyalarda olmaq istəməyən bitərəfləri bir araya toplamaqdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB