"28 fevral aksiyasının məqsədi və məramı sonacan anlaşılmadı. Aydın olmadı ki, bura gələn 5 -10 nəfərin istəyi nədir, onlar nəyi və kimi təmsil edirlər?". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev bir qrup müxalifətçinin "facebook" üzərindən təşkil etdiyi etiraz aksiyasına münasibət bildirərkən söyləyib.
E.Musayev deyib: "Öz də diqqət edin, məkan olaraq hara seçilib: "Fəvvarələr meydanı". Ki, təxribat törədiləndən dərhal sonra aradan çıxmaq mümkün olsun. Əhalinin kütləvi şəkildə gəzib - istirahət etdiyi meydan bir anlıq panika yaşasın, istirahət günü şəhərin mərkəzində qarışıqlıq yaransın. Üstəgəl, həm də o niyyətlə ki, bəlkə bunlara siravi vətəndaşlardan da kimsə qoşula... Yekun isə hər birimizə bəllidir. Kimlərsə tərəfindən idarə olunan qruplaşma növbəti dəfə rəzil oldu. Özlərini biabır etdilər. Hətta mən düşünürəm ki, bu işin təşkilatçısı AXCP və onun başbiləni Əli Kərimlidir. Adamlar sadəcə "Milli Şura"nın elan etdiyi mitinq üçün reaksiyanı, ictimai nəbzi yoxlayırdılar. Sonuc isə ürək açan olmadığından növbəti aksiya martın 15-nə qədər təxirə salındı... Odur ki, hazırda bütün gedişat monitor arxasından öz siyasətini yürüdən Əli Kərimli və onun təhqir maşını "Azadlıq" qəzetinin ümidinə qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB