Üzeyir Cəfərov: “Rusiya qaydalara əməl etməlidir” MÜNASİBƏT

Üzeyir Cəfərov: “Rusiya qaydalara əməl etməlidir” MÜNASİBƏT

"ABŞ-ın nüvə başlıqlı raketlərinin sayı Rusiyanınkına nisbətdə daha çoxdur və güclüdür". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın 40 dəqiqə ərzində Rusiyanı məhv edə bilər məsələsi ilə bağlı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin iddialarına münasibət bildirərkən deyib.

Müstəqil hərbi ekspertin sözlərinə görə, heç şübhəsiz ki, bu gün Amerika dünyanın ən güclü dövlətidir: "Hesab edirəm ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu nöqteyi-nəzərdən öz fikirlərini bildirib. Rusiya Ukrayna ilə bağlı atdığı addımları dayandırmalı və dünya oyun qaydalarına əməl etməlidir. İngiltərə, Fransa və digər dövlətlər ABŞ-a dəstək olmalıdırlar ki, Rusiyanı oyun qaydalarına dəvət etsinlər. Əgər onlar Rusiyanı oyun qaydalarına əməl etməyə sövq etməsələr, dünya fəlakətlə üzləşər və təhlükələr yaranar. Təbii ki, bu da arzuolunan deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə