"Gürcüstan xalqını sakitləşdirmək istəyirəm - onlarda (milli hərəkatçılarda-red.) yenidən hakimiyyətə gəlmək üçün lazım olan resurs yoxdur". SİA xəbər verir ki, bu fikirləri Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili "Kviris palitra" qəzetinə müsahibəsində keçmiş prezident Mixail Saakaşvilinin yenidən iqtidara gəlməsi barədə yayılan iddiaları şərh edərkən deyib.
İvanişvili daha sonra bildirib ki, ümumiyyətlə millətçilərin yenidən hakimiyyətə yiyələnmələri üçün şansları tükənib: "Allah eləməsin ki, ölkədə qarışıqlıq yaransın, hətta belə olan zaman onların hakimiyyətə gəlmələrinə heç bir şansları olmayacaq. Gürcü xalqı o qədər sadəlöhv və avam deyil ki, ikinci dəfə Saakaşvilini öz başı üzərində oturtsun. Hətta bunun üçün teoretik şans belə yoxdur".
Onun sözlərinə görə, Gürcüstanda qarışıqlığın yaranması mümkün deyil. Çünki ölkədə cavabdehlik daşıyan məsuliyyətli hökumət mövcuddur.
Qeyd edək ki, son zamanlar Gürcütanda sabiq prezident Mixail Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi barədə söz-söhbətlər dolaşır. Gürcüstan millətçilərinə yaxınlığı ilə seçilən partiya və təşkilatlar bu ətrafda müxtəlif ictimai mülahizələr yürüdürlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB