"ABŞ-ın post sovet məkanında müxtəlif modelləri var, ancaq onların heç biri uğurlu olmayıb". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Rasim Musabəyov "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxış edərkən deyib.
R. Musabəyov qeyd edib ki, bu moddellərdən istifadə edən dövlətlərin heç biri uğur əldə etməyib: "Moldova, Gürcüstan, Ukrayna bu modellərdən istifadə etdi. Onlar ağ günə çıxdımı? Bunun Azərbaycanda təkrar olunmasını istəyirlərsə, buna yol verə bilmərik".
Millət vəkili Zahid Oruc bildirib ki, ABŞ-ın son dövrlər siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır: "Bunlar Rusiya və İrandır. Bu gün Azərbaycanı anti-Rusiya blokuna qoşmağa çalışırlar. Ancaq, bu alınmır. Eyni zamanda Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər, bu da baş tutmur. Amma Azərbaycan anti-Amerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini eynən götürüb özümüzə tətbiq etməliyik? Hesab edirəm ki, Azərbaycandan çıxmış amerika fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyillər. Həmin fondlar uzun illər boyu demokratiyanın investisiyası adı altında sadəcə legioner hazırlayıblar. Azərbaycanın ABŞ-dan, qərb dairələrindən gözləntiləri çox sadədir. Azərbaycan istəyir ki, burada çalışan səfirlər hansısa bir təlim düşərgəsi kimi xüsusi bir himayə olunan qüvvələri əllərində saxlamasınlar, yalnız bir ovuc üçüncü sektor təmsilçilərinin üzərindən Azərbaycan ilə siyasətlərini qurmasınlar, bir radionu Azərbaycan əleyhinə propaqanda maşınına çevirməsinlər. Azərbaycan ABŞ və qərb ilə münasibətlərini zədələyəcək hər hansı addımlar atmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB