Elşən Musayev: “Əli Kərimlinin əlinə bıçaq versən, birinci İsa Qəmbərin kürəyinə sancar...” –
"Əli Kərimli və İsa Qəmbər arasında olan nifaq bu günün söhbəti deyil və çox uzun illər boyunca davam edən prosesdir. Bu insanlar həqiqətən bir-birinə potoloji nifrət bəsləyirlər". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev son günlər müxalif cəbhə boyunca açıq müstəvidə cərəyan edən Əli Kərimli - İsa Qəmbər, AXCP - Müsavat "döyüş"ünə münasibət bildirərkən söyləyib.
E. Musayev deyib: "Ayrıca, mən düşünmürəm ki, eyni adlı münasibət zaman-zaman gizlin, bu gün isə açıq müstəviyə keçib. Xeyr! Onların düşmənçiliyi elə hər mərhələdə özünü büruzə verib. Üstəgəl, tam aydın bir formada. Sadəcə ola bilər bir müddət bunu mediadan və dərin məqamlardan xəbərsiz siyasi kontingentdən gizlədə biliblər. Vəssalam. Oysa, real durum çox kritikdir. Məsələn, Əli Kərimlinin əlinə biçaq versən onu heç düşünmədən birinci İsa Qəmbərin kürəyinə sancar. Bax, təxminən bu qədər kritik..."
"Düzdür təməl İsa Qəmbər tərəfindən qoyulub. 2000-ci ildə. Müsavat başqanı o zaman AXCP olaraq Əli Kərimlinin rəhbəri olduğu "islahatçılar" qanadını deyil, Mirmahmud Fəttayevin başçılıq elədiyi "klassiklər" qanadını tanıdı. Sırf Parlament seçkilərində daha çox nailiyyət əldə etsin deyə. Və...ardınca da məntiqi cavab gəldi. Bu dəfə AXCP sədri tərəfindən. Onun təşəbbüsü ilə... Sadəcə məsələnin əsas məğzi nədir, onu deyim: Əli Kərimli elə xəyanət olunacaq insandır. Daha doğrusu bu insana münasibətdə xəyanət - ona edilən deyil, edilməyən pisliklərdir! Xəyanət Əli Kərimlinin yanında olmamaq deyil, olmaqdır! Xəyanət – bu adamı satmaq deyil, satmamaqdır! Çünki adam öz lideri Elçibəyə qahmar çıxıb, ambisiyaları naminə mümkün olan hər şeyi, sahib olduğu bütün dəyərləri qurban verib, milli maraqları düşmən ovcuna qoymağa, Azərbaycanın haqqını onlara yedirtməyə, peşkəş eləməyə hazır olub" - deyə, Partiya sədri bildirib.
E. Musayev qeyd edib ki, İsa Qəmbər sadəcə uğursuz bir insan, istedadsız siyasətçi, cəsarətsiz liderdir: "Fəqət Əli Kərimli kimi tərbiyəsiz adam deyil...Əlqərəz, bu dava uğursuz, kompleksli biri ilə satqın, ambisioz olan digərinin apardığı davadır. Şəxsi müstəvidə. Fərdi anlamda. Vəssalam. Bunun isə nə bizə nə də ümumən siyasətə istisi - soyuğu yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB