“İrs” partiyası: “İctimai-siyasi fəallara qarşı terror aktları törədilir” TƏLƏB

“İrs” partiyası: “İctimai-siyasi fəallara qarşı terror aktları törədilir” TƏLƏB

Ermənistanın "İrs" partiyası "Çiçəklənən Ermənistan" partiyasının siyasi şurasının üzvü Artak Xaçatryanın maskalılar tərəfindən oğurlanaraq, naməlum istiqamətə aparılmasını, eləcə də onun döyülməsini pisləyən bəyanatla çıxış edib. Həmin bəyanatda bildirilir ki, onlar vətəndaşların siyasi baxışlarına görə zorakılığa məruz qalmalarını qəti şəkildə pisləyir, hüquq mühafizə orqanlarının sözügedən cinayət hadisəsindən sonrakı susqunluğunu isə həmin hadisədəki iştirakıyla əlaqələndirir.

"Eyni dəsti-xəttə, bənzərliyə malik olan terror aktları ilə bağlı etirazımızı bildidirik" -deyə qeyd olunan etiraz bəyanatında həmçinin vurğulanır ki, "İrs" partiyası cavabdeh strukturlarda, xüsusilə, Ermənistan polisindən cinayət törədənlərin aşkar edilərək, qanun qarşısına çıxarılmalarını tələb edir: "Əgər bu baş verməsə, onda xalq növbəti zorakılıq hadisələrindən sığortalanmamış qalacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə