Ermənistan müxalifəti: "Hakimiyyət dəyişikliyi mütləq olmalıdır" TƏLƏB

Ermənistan müxalifəti: "Hakimiyyət dəyişikliyi mütləq olmalıdır" TƏLƏB

"Çiçkələnən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan ölkədəki çətin sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı konfrans keçirib. SİA xəbər verir ki, bubarədə "azatutyun" saytı məlumat yayıb. Ermənistanın QHT və ictimai birlikləri ilə yanaşı, konfransa digər müxalifət partiyası olan "İrs" də qatılıb.

Partiya lideri öz çıxışında Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edib və bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi qaçılmaz reallığa çevrilib. "Ermənistana yeni üslubda fəaliyyət göstərə biləcək hakimiyyət lazımdır. Həmin hakimiyyətdə isə yeni insanlar olmalıdır"-deyə bildirən Tsarukyan həmçinin bildirib ki, Serj Sarkisyanın konstitusiya islahatları adı altında spekulyasiyalar edir və xalqın gözündən pərdə asmaqla məşğuldur. O, hakimiyyətə qarşı tələb kimi qoyduqları növbədənkənar seçkilərə hazırlaşdıqlarını da deyib: "Əgər hakimiyyət bizim tələbimizə qarşı çıxarsa, bu zaman xalqın bir çıxış yolu qalır – hakimiyyəti növbədənkənar parlament və prezident seçkiləri keçirməyə məcbur etmək. İnsanlar bilməlidirlər ki, heç bir vəzifə ömürlük olmur. Əgər dövlətin təhlükəsizliyi təhlükə altındadırsa, demək hakimiyyət dəyişikliyi mütləq olmalıdır".

Müxalifət partiyasının lideri bəyan edib ki, artıq xalqın səbri tükənib və hakim Respublika partiyası bunu dərk etməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə