Həmsədrlər və Anjey Kasprişik deputatımızın hansı sualına cavab verə bilmədilər?
"Cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulmasında ermənilərin müxtəlif məqsədləri var. Bu gün Ermənistanda çox gərgin maddi durum və ermənilərə rəhbərlik edən cinayətkar rejimin siyasətinin dalana dirənməsindən cəmiyyətin fikrini yayındırmaq üçün cəbhədə gərginlik yaradırlar. Digər tərəfdən təxribatlara səbəb ermənilərə verilən müxtəlif sifarişlərdir". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Elman Məmmədov söyləyib.
Deputat vurğulayıb ki, ermənilərin törətdiyi təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır: "Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu qarşısında ermənilərin atəşkəsə əməl etməməsi ilə bağlı məsələ qaldırıb. Ancaq, buna qarşı heç bir tutarlı addım atılmayıb. Bu gün təmas xətti Azərbaycan ərazilərindən keçir. Yəni, Azərbaycan ordusu müdafiə olunur. Ancaq, biz öz torpağımızda nə üçün düşməndən müdafiə olunmalıyıq? Gözləməliyik ki, düşmən növbəti təxribatını haçan həyata keçirəcək və biz onun qarşısını alaq? Ona görə də biz cəbhə bölgəsində hücum mövqeyi tutmalıyıq. Hesab edirəm ki, ən yaxşı müdafiə elə hücumdur".
"İki il bundan öncə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişikin iştirakı Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüş keçirilirdi. Görüşdə Azərbaycan tərəfi Suriyadan və Livandan köçürülən ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsini qaldırmışdı. Bu görüşdə onlara belə bir sual verdim ki, siz cəbhə xəttində monitorinqlər keçirirsiniz və çox zaman da müşahidə edirdiniz ki, ermənilər atəşkəsi pozur. Axı bu monitorinqlərin nəticəsi nə olacaq? Siz atəşkəsi pozan tərəfə təsir göstərmirsinizsə və ya göstərə bilmirsinizsə, sanksiya qəbul etmirsinizsə, bu monitorinqlər nədən keçirilir? Ancaq onlar bu suallara cavab verə bilmədilər. Mən hələ də başa düşə bilmirəm ki, nəticəsiz monitorinqlərin əhəmiyyəti nədir". – E. Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB