Aydın Əliyev: "Bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik"
"Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsinlər". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.
DGK sədrinin sözlərinə görə, burada yalnız internet deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil: "Ötən ilin dekabr ayında Soçidə keçirilən MDB ölkələrinin Gömrük xidməti rəhbərlərinin beynəlxalq tədbirində də Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik".
A.Əliyev deyib ki, mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırılmalar aparılır: "Bildiyimiz kimi, internet ticarəti dünyada vergilərin toplanması probleminə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB