Asim Mollazadə: “Hesab edirəm ki, bizə konkret nəticə lazımdır” AÇIQLAMA

Asim Mollazadə: “Hesab edirəm ki, bizə konkret nəticə lazımdır” AÇIQLAMA

"Çox təəssüf ki, bu kimi bəyanatların arxasında heç bir şey durmur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Norveçin xarici işlər naziri Espen Bart Eydenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail oluna bilər fikrinə münasibət bildirərkən deyib.

Deputat deyib ki, biz dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail oluna bilər fikrini eşdirik amma Ermənistanın danışıqları imitasiya etməsi ucbatından bu mümkün olmur: "Bu mənada hesab edirəm ki, bizə konkret nəticə lazımdır. Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistan dövlətini sülhə məcbur etməlidir. Biz onlardan yalnız bunu gözləyirik. Ümumiyyətlə beynəlxalq hüquq normaları bərqərar olunmalı və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsi icra edilməlidir. Qalan məsələlər isə sadəcə olaraq münaqişənin həllindən fikri yayındırmağa hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə