Əli Orucov: “Bu qüvvələr eyni ideyaya qulluq edirlər”

Əli Orucov: “Bu qüvvələr eyni ideyaya qulluq edirlər”

"Müxalifət düşərgəsində olan bəzi şəxslər bir-birilərini o qədər alçaldıblar ki, onların eyni bir mövqedən çıxış edərək əməkdaşlıq etmə ehtimalları qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov bildirib.

Onun sözlərinə görə, Əli Kərimli, Arif Hacılı kimi şəxslər bir-birilərinə qarşı dəfələrlə çox sərt şəkildə ittihamlar irəli sürüblər: "Düşünürəm ki, eyni mənbədən təlimatlandırılan qüvvələr parlament seçkilərində də birgə iştirakı edə bilərlər. Bu, onları təlimatlandırılanların qərarından asılı olacaq. Hər halda bu qüvvələrin hər biri eyni ideyaya, anti-Azərbaycançılıq mövqeyinə xidmət edirlər. Ancaq fikrimcə, müxalifət düşərgəsində bəzi şəxslər var ki, onlar bir-birilərini o qədər alçaldıblar ki, bundan sonra onların eyni mövqedən çıxış edərək əməkdaşlıq etmə ehtimalları qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə