Qondarma "Dağlıq Qarabağ Resbublikası"nın 200 nəfərədək erməni sakini məlum Gümrü qətliamına görə Rusiya tərəfinə qarşı tələb irəli sürüblər. SİA xəbər verir ki, "armenia today" vasitəsilə yayılan tələb məktubunda deyilir: "Biz, "Artsax Respublikasının vətəndaşları" erməni ailəsinin qətliamından dəhşətə gəlmişik. Biz baş verən hadisədən üzülərək, Avetisyanlar ailəsinin yaxınlarına baş sağlığı veririk. Tələb məktubunda daha sonra qeyd edilib ki, onlar Rusiya hakimiyyətindən qatil Valeri Permyakov dərhal Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilsin. Belə ki, bu barədə erməni və rus tərəfi arasında 4-cü bənd mövcuddur: "Permyakov Ermənistan respublikasının qanunları çərçivəsində mühakimə olunmalıdır".
"Rusiya tərəfinin Permyakovun erməni tərəfinə verməməsi hərəkəti iki ölkə arasında qəbul olunmuş beynəlxalq razılaşmanı pozur. Belə bir dəhşətli hadisənin baş verməsində günahkar olan bütün rusiyalı hərbçilər Ermənistan qanunları çərçivəsində və ən ciddi şəkildə mühakimə olunmalıdırlar ki, bir daha bu cür hadisələr baş verməsin"-deyə tələb məktubunda bildirilir.
"DQR" erməniləri Ermənistan rəhbərliyinə qarşı da tələb irəli sürüblər. Həmin tələbdə isə bildirilir ki, Ermənistanın hakim dairələri qətiyyətli addım ataraq, Permyakovun erməni tərəfinə verilməsini təmin etməlidir: "Zəif iradə və qətiyyətsizlik Ermənistanda siyasi dəyişikliyə və suverenitetliyin itirilməsinə səbəb ola bilər".
Qeyd edək ki, son günlər məlum qətliam hadisəsi ilə bağlı erməni cəmiyyətində Rusiyaya qarşı kəskin narazılıqlar baş qaldırıb. İşğalçı ölkə rəhbərliyi isə gərginlikdən çıxmağa heç cür müyəssər ola bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB