Nəcəf Novruzov: “Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an ehtiramla yad edir” MÜNASİBƏT
"Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Belə məqamlardan biri də Azərbaycan xalqının 1990-cı ildə yaşadığı Qanlı Yanvar faciəsidir. Bu faciə tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı". Bu fikirləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 20 Yanvar faciəsindən danışarkən deyib.
Nəcəf Novruzov qeyd edib ki, o müdhiş gecə Azərbaycan xalqı çox ağır sınağa çəkildi: "20 Yanvar faciəsi ümumxalq faciəsi olmaqla yanaşı, mustəqillik, istiqlal və hurriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi idi. Xalqın igid oğul və qızları öz qanları bahasına tarixi müstəqilliyimizin qazanılmasına imza atdılar. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq! O zaman Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Ümummilli Liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. İlk dəfə olaraq Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı. Bu gün Müstəqil Azərbaycanın Prezidenti, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz edilməsi üçün həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Milli Ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə cavab verməyə qadirdir".
"Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an, hər il hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Bu gün müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan gənclərimizin, oğullarımızın varlığıdır. İnanırıq ki, biz, şəhidlərin ruhunu sevindirəcək, Qarabağ torpağını, eləcə də işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcəyik"-deyə vurğulayan idarə rəisi Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına isə başsağlığı diləyib..
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB