Rusiya Rüstəm İbrahimbəyovdan imtina etdi MÜNASİBƏT

Rusiya Rüstəm İbrahimbəyovdan imtina etdi MÜNASİBƏT

"Rüstəm İbrahimbəyov heç vaxt siyasətçi olmayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Rüstəm İbrahimbəyovun gündəmdə olmamasına münasibət bildirərkən deyib.

Sədr müavinin sözlərinə görə, Azərbaycanda keçirilən 2013-cü il prezident seçkilərində Rusiya məqsədyönlü şəkildə Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb İlham Əliyevə təzyiq etmək yolunu tutmuşdu: "Sonda Rusiya gördü ki, Rüstəm İbrahimbəyova radikal müxalifətin bütün təmsilçilərinin dəstəyi olmasına baxmayaraq, Azərbaycan xalqının geniş dəstəyini qazana bilmədilər. Məhz bu səbəbdən də onlar Rüstəm İbrahimbəyovdan istifadə etmək niyyətindən əl çəkdilər. Ona da başa saldılar ki, get, öz kinonu çəkməklə məşğul ol. Müxalifət Rüstəm İbrahimbəyovdan imtina etməyib, Rusiya Rüstəm İbrahimbəydən imtina edib...".

Bütün xəbərlər Facebook səhifəmizdə