"Müsavat Partiyasının Divan toplantısı olub və orada Vurğun Əyyubla bağlı hər hansı bir fikir deyilməyib". Bu fikirləri SİA-ya Müsavat Partiyası başqanının müavini, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mətbuatda Vurğun Əyyubun Məclis üzvlüyündən xaric edilməsi ilə bağlı iərli sürülən təklifə münasibət bildirərkən deyib.
Müsavat rəsmisi deyib ki, ümumiyyətlə, Divanda bu ətrafda söhbət aparılmayıb: "Bilmirəm, bunu hansı agentlikdə, ya da poçta yazıblar. Ancaq tam rəsmi şəkildə bəyan edirəm ki, Divanın toplantısında Rauf Əmiraslanlının Vurğun Əyyubla, eləcə də Qubad İbadoğlu ilə bağlı heç bir təklifi olmayıb. Bunu edənlər isə araqarışdıranlıqla məşğuldurlar".
Gülağa Aslanlı Divanın toplantısında parlament seçkilərinə hazırlıqla bağlı müzakirələrin aparıldığını deyib. "Bəli, müzakirələr aparılıb və bu müzakirələrdə Müsavatın qarşıdan gələn parlament seçkilərində hansı formatda və necə iştirak etməsi ətrafında söhbətlər olub. Başqa müzakirələr isə olmayıb".
Qeyd edək ki, bir sıra xəbər agentlikləri Divanın toplantısında qurum üzvü Rauf Əmiraslanlının Məclis üzvü Vurğun Əyyubun Məclis üzvlüyündən, Azərbaycan Demokratiya və Rifah Hərəkatının isə partiyaya çevriləcəyi halda, orada təmsil olunan müsavatçıların təşkilat sıralarından çıxarılması təklifi verdiyini yazıblar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB