MSK seçkinin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyası (MSK) 70 saylı Masallı şəhər seçki dairəsinin Musaküçə Bələdiyyəsi üzrə 34 və 35 saylı məntəqələrində keçirilən seçkinin nəticələrini ləğv edib. SİA-nın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda həmçinin 59 saylı Salyan Seçki Dairəsində Qızılağac, 79 Saylı İmişli Seçki Dairəsində Novruzlu, 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan və Qızılavar, 79 saylı İmişli Seçki Dairəsində Yalavac, 74 saylı Lənkəran Kənd Seçki Dairəsində Kərgəlan, 119 saylı Ağdam Kənd Seçki Dairəsində Quzanlı, 57 saylı Kürdəmir Seçki Dairəsində Şilyan, 112 saylı Qax Seçki Dairəsində Vərnə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən Kərimli, 52 saylı Quba seçki dairəsindən Küpçal-Dağlı və 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində Ağamalıoğlu bələdiyyələrindən daxil olan müraciətlərə baxılıb və həmin müraciətlər təmin edilməyib.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə