Adil Əliyev: “İlham Əliyevin siyasi kursu novatorluq prinsiplərinə əsaslanır”
"Cənab İlham Əliyevin 11 illik Prezidentliyi dövründə apardığı daxili və xarici siyasəti Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamı kimi qiymətləndirirəm. Bu siyasi kurs özünəməxsus şəkildə həyata keçirilməklə, novatorluq və dinamizm prinsiplərinə əsaslanır". Bu fikirləri SİA-ya millət vəkili Adil Əliyev deyib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasətin nəticəsidir ki, xalq 2003, 2008, 2013-cü illlərdə ölkədə keçirilən prezident seçkilərində Onu özünün Prezidenti seçib: "Bu həqiqətin zəminində Cənab İlham Əliyevə xalqın böyük etimadı, inamı və dəstəyi dayanır. Azərbaycanda yoxsulluğun minumuma endirilməsi üçün səmərəli tədbirlərin görülməsi, regionların sosial-iqtisadi inkişafına dəstək məqsədi ilə paytaxt Bakı ilə yanaşı, regionlarda da yeni iş yerlərinin açılması, sahibkarlığa dövlət qayğısının artırılması məhz Ölkə Prezidentinin apardığı düzgün siyasətin göstəricisidir. Azərbaycanın elə bir diyarı yoxdur ki, orada infrastruktur layihələri həyata keçirilməsin, yeni səhiyyə ocaqları, məktəblər tikilməsin. Bütün bunlar xalqın rifah halının yüksəldilməsinə xidmət edir".
Adil Əliyev Prezident İlham Əliyevin 11 illik daxili siyasəti ilə yanaşı, xarici siyasətini də şərh edib.
Millət vəkili qeyd edib ki, dövlət başçısının xarici siyasətdə Ulu Öndər tərəfindən müəyyənləşdirilən strategiya və dəyişməz mövqe dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirməklə yanaşı, milli təhlükəsizliyimizdə beynəlxalq təminatı daha da artırıb. Xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirir, eyni zamanda Azərbaycanı dünyada söz sahibinə çevirir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB