Sosial şəbəkələrdə yayılan kadrlar MSK-da araşdırılacaq

Sosial şəbəkələrdə yayılan kadrlar MSK-da araşdırılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, M. Pənahov deyib ki, namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar.

Onun sözlərinə görə, seçkilərdə 1 milyon 876 min 14 nəfər, yəni seçicilərin 38,93 faizi seçkilərdə iştirak edib: "Artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 milyon 861 min 728 bülleten sayılıb. Beləliklə, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.

M. Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan kadrlar da MSK-da araşdırılacaq. Seçki Məcəlləsinin tələbinə əsasən MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq: "Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin də aktivliyi nəzərə alınsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Qısa müddətdə seçkiyə yekun vuracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə