MSK sədri 12 saylı seçki məntəqəsində çəkilən görüntülərə münasibət bildirib
"Bu cür xoşagəlməz hallardan heç kim sığortalanmayıb, məntəqə seçki komissiyasının üzvlərinin günahı varsa, onlar cəzalandırılacaqlar". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında Yasamal rayonu 12 saylı seçki məntəqəsində baş vermiş hadisə ilə bağlı yayılan video görüntülərə münasibət bildirərkən deyib.
Belə xoşagəlməz hallardan heç kəsin sığortalanmadığını vurğulayan M. Pənahov deyib ki, bunu qeyri-adi məlumat kimi ictimaiyyətə təqdim etmək düzgün deyil: "Kimliyindən asılı olmayaraq kiməsə xoşagəlməz hal üçün şərait yaradılırsa, bu, yolverilməzdir. MSK və dairə seçki komissiyasının vəzifəsi odur ki, belə xoşagəlməz halı araşdırsın və seçkinin nəticələrinə necə təsir etməsindən asılı olaraq qərar qəbul etsin. Hesab edirəm ki, biz məntəqə seçki komissiyalarının üzvlərini kifayət qədər təlimatlandırmışıq ki, özlərini aqressiv aparmasınlar. Ona görə də seçki qutusuna kağız atılması xoşagəlməz haldır. Ancaq kim bu işi görübsə, o insan sağlam əqidənin daşıyıcısı deyil. Amma hadisəni dramatikləşdirməyə də ehtiyac yoxdur. Çünki suallar verib, seçki məntəqəsinin üzvlərinin diqqətini yayındırmaq və belə hallara yol vermək olar. Ancaq orada məntəqə seçki komissiyasının üzvlərinin günahı varsa, onlar cəzalandırılacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB