Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.
Səhər saatlarından etibarən Mərkəzi Seçki Komissiyasının 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 və 5 saylı seçki məntəqəsində də seçicilərin qismən aktivliyi müşahidə olunub. 4 saylı seçki məntəqəssinin sədri Ərşad Məmmədov bildirib ki, ümumilikdə Nərimanov-Nizami rayonu üzrə 57 namizəd mövcuddur: "Hazırda 200 nəfərə yaxın insan səs verib. Məntəqə üzrə 1420 seçici siyahımızda seçicilərimiz var. Onların da 27 faizinin səsverməsi nəzərdə tutulub. Xarici müşahidəçilərimiz yoxdur amma 6 nəfər qeydiyyatdan keçmiş müxtəlif partiyalardan müşahidəçimiz var. 8 kabinə, 2 seçki qutusu və 1 ədəd web-kamera quraşdırılıb".




5 saylı seçki məntəqəsinin sədri Nazilə Məmmədova isə deyib ki, günortaya kimi əksər seçicilərin də məntəqələrə gələrək öz namizədlərinə səsverməsi gözlənilir: "Saat 10:00-a olan məlumata əsasən 150 nəfərə yaxın insan səs verib. Məntəqədə 10-yaxın müşahidəçi və iki exetpoll var. Seçicilərin səs verməsi üçün 10 kabinə və hələlik 1 seçki qutusu quraşdırılıb. İnanırıq ki, günün sonuna kimi 500-ə yaxın seçicinin səsverməsi gözlənilir".




Qeyd edək ki, seçkilərə axsam saat 19:00-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB