Nazir: “Seçki məntəqələrində quraşdırılan veb-kameraların kiber təhlükəsizlik təminatı yaradılıb”

Nazir: “Seçki məntəqələrində quraşdırılan veb-kameraların kiber təhlükəsizlik təminatı yaradılıb”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki nəzarət mərkəzində olublar. SİA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahov rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Bildirib ki, görülən işlər seçki prosesinin şəffaflığının təmin olunması baxımdan mühüm əhəmiyyətə malikdir: "Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir. Ölkədə yerləşən 5000 seçki məntəqəsinin 1000-də seçkinin gedişini veb-kameralarla müşahidə etmək mümkün olacaq".

MSK sədri qeyd edib ki, məntəqələrdə quraşdırılan veb-kameraların görüntü keyfiyyəti də artırılıb.

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib ki, seçki məntəqələrində quraşdırılan veb-kameraların kiber təhlükəsizlik təminatı da yaradılıb və bu sistemə xələl gətirmək demək olar ki, mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə