Niyaməddin Orduxanlı: “Əli Kərimli bütün rəngləri qara görür” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Əli Kərimli bütün rəngləri qara görür” AÇIQLAMA

"Ümumiyyətlə radikal müxalifət düşərgəsində Azərbaycan hakimiyyətinin ölkəmizin milli maraqları ilə bağlı qəbul etmiş qanunun əleyhinə çıxırlar". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Milli Məclisdə KİV haqqında qanuna əlavə və dəyişikliklərin olmasından sonra müxalifət düşərgəsinin bunu narahatlıqla qarşılamasına münasibət bildirərkən deyib.

Sədr müavininin sözlərinə görə, onlar bütün rəngləri qara görürlər: "Müxalifət üçün Milli Məclisdə hansı qanun layihəsinin müzakirə olunub-olunmamasının heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq müxalifət o qədər patoloji nifrətə köklənib ki, hansı qanunun qəbul olunmasından asılı olmayaraq, bunlar həmin qanunun əleyhinə çıxış edirlər. Düşünürəm ki, həmin o düşərgənin nümayəndəsi xüsusilə də AXCP sədri Əli Kərimli burada özünü fəal şəkildə göstərir. Təbii ki, bu da məqsədyönlü şəkildədir. Çünki, indiki vəziyyətdə Azərbaycan dövlətinə qarşı bir çox beynəlxalq təşkilatların təzyiqləri mövcuddur. Əli Kərimli özünü beynəlxalq təşkilatlara götərmək, təqdim etmək məqsədilə məhz bu cür canfəşanlıq göstərir. Burada söhbət qanunun hansı formada qəbul olunmasından asılı deyil. O, sadəcə olaraq Azərbaycan hakimiyyətinin əleyhinə olduğunu "sübut" etməyə çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə