Lerikdə namizədlərlə YAP seçki qərargahı üzvlərinin görüşü olub FOTOLAR
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açaraq seçki kompaniyası dövründə görülmüş işlər barədə məlumat verib.
Qeyd edib ki, rayonda fəaliyyət göstərən 29 bələdiyyəyə namizədlər seçiləcək: "Rayonumuzda 78 saylı Lerik DSK-sı və 108 seçki məntəqəsi fəaliyyət göstərir. Bir dairə üzrə 30.000 nəfərə yaxın seçici qeydiyyata alınmışdır. Rayon üzrə bir şəhər, 28 kənd olmaqla 29 bələdiyyə fəaliyyət göstərir. Seçki məntəqələrinə və DSK-na Seçki Məcəlləsinə uyğun olaraq 109 məşvərətçi səs hüquqlu və 109 müşahidəçinin ərizələri təqdim olunmuş və vəsiqələri verilmişdir. Bələdiyyə seçkilərində YAP rayon təşkilatı 261 yerə partiyanın fəallarından, nüfuzlu şəxslərindən 269 nəfərin namizədliyini irəli sürmüşdür. İrəli sürülmüş namizədlərin imza toplama kompaniyası mütəşəkkil keçmiş, DSK tərəfindən bu şəxslər bələdiyyələrə namizəd kimi qeydə alınmışlar. Qeydə alınmış şəxslərin 40.2%-i gənclər, 32.6%-i qadınlar, ümumilikdə qeydə alınmışların 96.2%-i ali təhsilli şəxslərdir. Ümumilikdə Yeni Azərbaycan Partiyası tərəfindən 331 namizəd irəli sürülmüş 62 nəfəri öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşlər".
"SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaradıb.
B.Quliyev həmçinin bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb: "Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verir. Məhz bu faktorlar xalqımızın partiyamıza dəstəyini şərtləndirir. Bu isə nəticə etibarilə hər bir seçkinin sonunda öz ifadəsini tapır. Bələdiyyə seçkilərində də xalqımızın, o cümlədən, daşkəsənlilərin YAP-ın namizədlərinə səs verəcəyinə şübhə etmirik".
Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB