Mirmahmud Mirəlioğlu: “İbrət götürə bilmədik deyə, indi belə vəziyyətdəyik” İTTİHAM
"Hakimiyyətimizi saxlamağı bacarmadıq, üstəlik baş verənlərdən ibrət götürmədik deyə, indi belə vəziyyətlə üz-üzəyik". SİA xəbər verir ki, bu fikirləri KXCP sədri Mirmahmud Mirəlioğlu müxalifətin hazırkı vəziyyətini şərh edərkən qeyd edib. KXCP sədri həmçinin müxalifət nümayəndələrinin bir-biri ilə mübarizə apardığını, digərlərinin isə hakimiyyətlə iş birliyi qurduğunu iddia edib: "İndi mübarizə bir neçə cəbhədə aparılır. Müxalifət düşərgəsində olan adamların bir qismi bir-biri ilə mübarizə aparırlar, bəziləri isə hakimiyyətlə iş birliyi qururlar".
Qeyd edək ki, KXCP sədri hakimiyyətlə iş birliyi qurduğunu iddia etdiyi müxalifət partiyalarının adlarını çəkməkdən yayınıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB