Uorlik: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşməməsindən təəssüflənirik"

Uorlik: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşməməsindən təəssüflənirik"

"ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməməsindən təəssüflənirik". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

"Dialoq sülh prosesinin vacib bir hissəsidir" - deyə, Uorlik əlavə edib.

Xatırladaq ki, ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü baş tutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə