Aqil Abbas: “Şultsa heç kim ixtiyar verməyib ki...... ” ŞOK AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycanın işinə bu cür qarışan beynəlxalq təşkilatlara Azərbaycan tərəfi ciddi şəkildə öz münasibətini bildirməlidir". Bunu SİA-ya millət vəkili Aqil Abbas Avropa Parlamentinin prezidenti Martin Şultsun ölkəmiz haqda həqiqətə uyğun olmayan fikir səsləndirməsinə və onun Leyla Yunusun müdafiəsinə qalxmasına münasibət bildirərkən deyib.
Leyla Yunus haqqında cinayət işi qaldırıldığını xatırladan millət vəkili bildirib ki, hazırda onun barəsində istintaq gedir: "Dünyanın hər bir yerində belə bir şeylər var. Avropa Parlamentinin prezidenti Martin Şults istintaqı davam edən, hələ heç məhkəməsi olmamış bir insana necə bəraət qazandıra bilər? Leyla Yunus cinayət törədib və hazırda da onun istintaqı gedir. Onda belə çıxır ki, kim istəsə ABŞ, Avropa ilə dost olub Azərbaycanda cinayət törədə bilər? Bu nə münasibətdir? Martin Şults gedib öz işi ilə məşğul olsun. Ona heç kim ixtiyar verməyib ki, Azərbaycanın daxili işlərinə qarışsın. Azərbaycan müstəqil və öz sözünü deyə bilən bir dövlətdir. Onda mən də deyim ki, Almaniyada filankəsləri niyə tutmusunuz? Burada Martin Şults böyük haqsızlıq edir".
Aqil Abbas hesab edir ki, Şultsa xəbərdarlıq göndərilməlidir ki, ölkəmizin işinə bu qədər qarışmaq olmaz: "Ümumiyyətlə Azərbaycanın işinə bu cür qarışan beynəlxalq təşkilatlara Azərbaycan tərəfi ciddi şəkildə öz münasibətini bildirməlidir. Biz onu ölkəmizə çağırmışıq ki, gəlib burada bizə dəstək olsun. Daha deməmişik ki, Azərbaycanda araqarışdırmaqla məşğul olsun. Hətta bununla bağlı Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev böyük bir məqalə yazıb. Həmin məqalədə onların iç üzləri açıq-aydın ortaya qoyulub. Bu mənada hesab edirəm ki, konkret və ciddi addımlar atılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB