YAP Yasamal rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Bu gün Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov açaraq namizədlərin kifayət qədər siyasi təcrübəyə və bələdiyyə ərazilərində tanındıqlarını bildirdi: "Namizədliyi YAP-ın Yasamal rayon təşkilatı tərəfindən irəli sürülmüş şəxslərin rayon seçicilərinin dəstəyini qazanacaqlarına böyük əminlik var. Çünki, ümum xalq partiyası olan YAP-ın cəmiyyətdə qazandığı böyük nufuzu bunu deməyə əsas verir. Bununla belə, seçiciləri seçki məntəqələrinə cəlb etmək üçün təbliğat-təşviqat kampaniyasında yüksək fəllıq göstərilməlidir".
Təşkilat sədri çıxışının sonunda namizədlərə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də uğurlar arzuladı.
Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov namizədləri salamladıqdan sonra qeyd etdi ki, seçkilərdə ölkə üzrə 32 000-ə yaxın namizəd 16 000 bələdiyyə yeri uğurunda mübarizə aparacaq: "Namizədlərin sayının cox olması seçkilərin azad rəqabət şəraitində keçəcəyindən xəbər verir. Ümumiyyətlə seçki kampaniyası çox aktual prossesdir. Hər bir namizəd seçki öncəsi təbliğat-təşviqat kampaniyasını çox yüksək səviyyədə təşkil etməli, seçkilərə obyektiv yanaşmalıdır. Yasamal rayonu ümumən Azərbaycan üzrə ən intellektual və bütün seçkilərdə fəallıqları ilə seçilən rayon olub. İnamla demək olar ki, bu dəfə də Yasamal rayon seçiciləri dəyişməz mövqedən çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
.jpg)
Elton
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB