Status-kvonun dəyişdirilməsi torpaqlarımızın işğaldan azad edilməsi deməkdir MÜSAHİBƏ
- Arzu müəllim, Prezident İlham Əliyev "Rossiya 24" televiziya kanalına müahibəsində Rusiya Azərbaycan əlaqələrinin inkişaf etdiyini qeyd edib. Bunu Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqi müstəvisinə yüksəlməsinin göstəricisi kimi qiymətləndirmək olarmı?
- Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Rusiya ilə iqtisadi əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərə toxunub. Qeyd edildiyi kimi, dövlət başçısı müsahibədə prioritet istiqamət kimi Şimal-Cənub nəqliyyat dəhlizinin işini də qeyd edib. Məlumdur ki, bu dəhliz vasitəsilə Qərbin sanksiyalarına məruz qalmış Rusiya bir sıra məhsulların daşınmasında maraqlıdır. Bundan başqa neft-qaz, kənd təsərrüfatı məhsullarının ixracı, turizm, mədəniyyət sahəsində də ikitərəfli maraqlar var. Eyni zamanda hərbi sahədə mühüm anlaşmalar və müqavilələr imzalanıb. Maraqlı sahələrdən biri də Azərbaycanın Rusiya bank sektoruna sərmayə və yatırım qoymaq istiqamətində aparılan işdir. Məhz bunlarla bağlı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan üçün Rusiya bazarı perspektivlidir və bu bazara fəal investisiya qoyulması davam etdiriləcək.
- Prezident İlham Əliyev müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin sülh yolu ilə həllinə Azərbaycanın daha çox səy göstərdiyini qeyd edib və Ermənistanın sülh istəmədiyini bildirib. Bu fikirləri necə şərh edərdiniz?
- Müsahibədə Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentlərinin dəfələrlə status-kovonun qəbul edilməz olduğunu bəyan etmələrinə baxmayaraq, Erməistanın buna əməl etməməsini qeyd edib və bunun yolverilməz olduğunu bildirib. Burada əsas məqamlardan biri də, məhz Rusiyanın da Minsk qrupunu təmsil edən dövlətlərdən biri olmasıdır. Yəni Rusiya da Ermənistana bu istiqamətdə lazımınca təsir etməlidir. Yəni status-kvonun dəyişdirilməsi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir. Baxmayaraq ki münaqişənin sülh yolu ilə həllinə Azərbaycan daha çox səy göstərir, münaqişənin digər yolla həll edilməsi üçün də bizim kifayət qədər gücümüz və imkanımız mövcuddur.
- Prezident İlham Əliyev Parisdə keçirilən müsbət görüşdən sonra Ermənistanın işğal altında olan ərazilərdə hərbi təlimlər keçirməsi məsələsinə də toxunub. Sizcə Ermənistanın təxribatları sülh danışıqlarını pozmağa yönəlməyib ki?
- Məlumdur ki, bu ilin avqust ayında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşü keçirildi. Bundan başqa ABŞ dövlət katibi Con Kerri ilə, Fransa prezidenti Fransua Ollandla ikitərəfli və üçtərəfli müzakirə aparılmasına baxmayaraq, Ermənistan tərəfi məlum təxribatlara əl atdı. Bu görüşlərdə əsas məqsəd qoşunların təmas xəttində itkilərə gətirib çıxaran halların qarşısının alınması üçün atılan addımlar idi. Lakin Azərbaycanın Ağdam rayonunun ərazisində, Ermənistan hərbi birləşmələri
qoşunların təmas xəttində 47 mindən artıq hərbçi və mindən çox hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirdi. Aqibəti də məlum helikopter hadisəsi ilə yekunlaşdı. Bu təxribat, məhz sülh danışıqlarını pozmağa yönəlmişdi.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB