Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfər edəcək. Büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT Parlament Assambleyasının keçirəcəyi tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində A.Quliyev ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.
Deputat Sahibə Qafarova isə Avropa Şurası Parlament Assambleyasının gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək.
Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və s. mövzular müzakirələr olunacaq.
S.Qafarova Londonda "Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda keçiriləcək seminarda da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB