Fazil Mustafa: “AXCP sədrinin ətrafında olan insanların ermənipərəst mövqe sərgiləməsi yanlış və bədxahlıqdır” AÇIQLAMA
"Ümumilikdə bu məsələ Azərbaycanla, ölkəmizlə bağlı olduğu üçün ona laqeyid yanaşmaq və bundan böyük fəxarət hissi duymaq düzgün deyil". Bunu SİA-ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa OPEK-in Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə dair yaydığı məlumata və bundan Əli Kərimli və onun ətrafında olan insanların sevinc hissi yaşamasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, AXCP sədrinin ətrafında olan insanların ermənipərəst mövqe sərgiləməsi yanlış və bədxahlıqdır. Hesab edirəm ki, bu cür hallarda daha ciddi anlayışa nail olmaq vacibdir. Neftin qiymətinin aşağı düşməsindən istifadə edib nəyinsə baş verəcəyini gözləmək düşünürəm ki, doğru mövqe deyil. Onların indiyədək apardıqları siyasətin özü belə, yanlışlıqlar üzərində qurulub. Bir sözlə, bu, gələcəyi olmayan AXCP-nin yanaşmasının göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB