MSK sədri: "Bələdiyyə seçkilərində 1 yerə 2 namizəd iddialıdır"

MSK sədri: "Bələdiyyə seçkilərində 1 yerə 2 namizəd iddialıdır"

"Sabah bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti saat 18:00-da başa çatır" SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, indiyə qədər 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb: "Namizədliyini irəli sürənlərin 25 387 nəfəri kişi, 8753 nəfəri (34 faiz) qadındır".

MSK sədri həmçinin vurğulayıb ki, namizədliyini irəli sürənlərin 22 min nəfəri ali təhsillidir: "İndiyə qədər namizədliyi qeydə alınanların sayı 29 minə yaxındır. Nəzərə alsaq ki, bu seçkilər zamanı 15035 bələdiyyə üzvü seçilməlidir, deməli, hazırda 1 yerə 2 nəfər namizəd iddialıdır".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə