Sahib Aliyev: “Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq” MÜNASİBƏT
"Cəbhədə ermənilərin itkilərinin sayı artdıqca, Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində Ermənistanda əsgər analarının keçirdikləri etiraz aksiyasında Gövhər Saroyanın "Qarabağ bizim torpağımız deyil. Niyə mənim oğlum orada ölməlidir?" fikirlərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, görünən budur ki, cəbhədə ermənilərin itkilərinin sayı artdıqca Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq: "Və yaxşı olardı ki, Ermənistandakılar Saroyan kimilərinin təcrübəsindən dərs çıxarıb, oğulları gedib Qarabağda öldürüləndən sonra deyil, öncədən bu həqiqəti ucadan desinlər. Onda hərbi xuntanın onların övladlarını özlərinin olmayan torpaqlara əsgərliyə göndərməyə cəsarəti çatmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB