"Azərbaycanda saxlanılan erməni ailəni qəbul etmək istəyən hansısa ölkə yoxdur. Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı Azərbaycan sərhədlərini pozaraq buraya gəliblər. Amma Azərbaycan onlarla beynəlxalq humanitar hüquq normaları çərçivəsində davranıb. Bu insanlar öz ölkəsindən baş götürüb qaçmaq istəklərini elə ilk andan bildirdiklərinə görə, Azərbaycan onları artıq 5 ilə yaxındır qaçqın kimi saxlayır". SİA-nın xəbərinə görə, bu sözləri ". Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda onların 3-cü ölkəyə verilməsi ilə BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan nümayəndəliyi məşğul olur: "Hələlik erməni ailəyə yiyə durmaq istəyən ölkə yoxdur. Hər dövlət öz istədiyi adamı qəbul edir. Erməni ailəni isə hələlik qəbul etmək istəyən hansısa ölkə yoxdur. Əgər erməni ailə başqa dövlətin vətəndaşları olsaydılar, Azərbaycan dövləti şübhəsiz ki, onlara bu qədər dözməzdi və deportasiya edərdi. Amma indi Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın humanizm prinsiplərinə riayət etməsi yol vermir ki, onlar Ermənistan sərhədinə buraxılsın".
Qeyd edək ki, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı 2010-cu il yanvarın 10-da Azərbaycan Respublikasına könüllü gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə