Qabil Hüseyinli: “İsa bəy dovşana qaç, tazıya tut deyənlərdəndir” RƏY

Qabil Hüseyinli: “İsa bəy dovşana qaç, tazıya tut deyənlərdəndir” RƏY

"Görünür bu işin bünövrəsi yaxşı qoyulmayıb ki, ölkə ictimai rəyinin də münasibəti pisdir". Bu fikirləri SİA-ya Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli partiyada baş verən son proseslərə münasibət bildirərkən deyib.

O, bu məsələlərə pis baxdığını diqqətə çatdırıb: "Müsavatın hazırkı vəziyyətindən çıxış yolu təkrar qurultay keçirilməsindədir. Etirazçılar iddia edir ki, qurultay keçirilərkən ciddi pozuntulara yol verilib. Nümayəndələrinin bir çoxunun seçkisi legitim deyil. Ona görə də, bir nəfər nümayəndənin seçkisi legitim deyilsə, qurultayın nəticələri şübhə altına alına bilər. Bu baxımdan, Müsavatı xilas etmək üçün təkrar qurultay keçirib, bu mübahisələrə son qoymaq lazımdır".

Qabil Hüseynli həmçinin deyib ki, o, fraksiya tərəfdarlarını dəstəkləyir: "Fraksiya yaradan tərəfi belə dəstəkləyirəm ki, onların şikayətinə lazımi cavab verilməyib. Fraksiyanın yaranmasının qarşısını almaq üçün mümkün qədər daha çox diplomatik səy göstərmək lazımdır".

Politoloq partiyanın keçmiş başqanı İsa Qəmbərin səssizliyinə də münasibətini bildirərkən, ilginc məsələyə toxunub: "Həmin adamlarla dil tapmaq lazımdır. İsa bəy dovşana qaç tazıya tut deyənlərdəndir".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə