Azər Ayxan: “İnformasiyanı dövlətin xeyrinə istifadə etmək lazımdır” MÜNASİBƏT

Azər Ayxan: “İnformasiyanı dövlətin xeyrinə istifadə etmək lazımdır” MÜNASİBƏT

"Jurnalistikanın, qəzetçiliyin öz maraqları var. Obrazlı şəkildə ifadə etsək qəzetçiliyin özü bir dövlətdir və bu dövlətin də özünün maraqları mövcuddur". Bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan SİA-ya ölkədə informasiya təhlükəsizliyinin vəziyyətini şərh edərkən deyib.

Azər Ayxan qeyd edib ki, mətbuatda milli və dövlət maraqları anlayışı əslində Sovet dönəminə aid anlayışdır. Çünki o vaxtlar mətbuat kütləvi informasiya vasitəsi yox, kütləvi təbliğat və təşviqat vasitəsi idi: "Amma müharibə şəraitində olan bir ölkədə bəzi məsələləri nəzərə almaq məcburiyyəti yaranır. Ona görə də biz öz fəaliyyətimizdə bəzən milli və dövlətçilik maraqları deyilən bu anlayışa əməl edirik. Hazırda dünyada texnoloji vasitələr o həddə qədər inkişaf edib ki, hansısa informasiyanı gizlətmək mümkün olmur. Ona görə də informasiya təhlükəsizliyi anlayışı getdikcə öz aktuallığını və mövcudluğunu itirməkdədir. Məncə, hansısa xəbəri gizlətməkdənsə, o informasiyanı öz cəmiyyətinin, ölkənin, dövlətinin xeyrinə istifadə etmək daha məqsədə uyğun olardı".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə