MSK sədrinin müavini: “Seçkinin pozuntusuz keçməsini yalnız arzulamaq olar”
"Azərbaycanla müqayisədə Qərbin inkişaf etmiş ölkələrində seçki prosesinin icra edilməsi yüksək səviyyədədir. Ancaq, seçki prosesinin iştirakçıları maariflidirsə, seçki daha yüksək səviyyədə keçir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.
Onun sözlərinə görə, seçkinin böyük bir proses olduğu nəzərə alınsa, onun pozuntusuz keçməsini yalnız arzulamaq olar: "Seçki böyük bir prosesdir. Ona görə də anlaşılmazlıqlar mümkündür. Bununla belə əsas odur ki, seçki prosesinin iştirakçılarının hüquq və vəzifələrini nizama salmaq, pozuntuları zamanında aradan qaldırmaq mümkün olsun. Bu səlahiyyət seçki komissiyalarına məxsusdur".
MSK sədrinin müavini qeyd edib ki, Azərbaycanda seçki dairələri üzrə 250-yə qədər trener var: "Trenerlər məntəqə seçki komissiyalarının maarifləndirilməsində önəmli rol oynayır və buna tələb yüksəkdir. Tələb o qədər yüksəkdir ki, bizə səhv etmək şansı vermir. Biz sizin uğurlarınıza sevinir, uğursuzluqlarınıza ağlayırıq. Dövlətimiz, seçki prosesində iştirak edən qüvvələr bizə etibar edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB