Novruz Məmmədov: "Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
"Ulu Öndər Heydər Əliyevin yaratdığı Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
"Azərbaycan üçün bu gün ən mühüm vəzifə suverenliyini və dinamik davamlı inkişafını indiyədək olduğu kimi qoruyub saxlamaqdır"- deyə, PA rəsmisi qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB