Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədilə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunub. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər.
Səfər çərçivəsində diplomatların Şəki və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlıqları nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB