Tahir Kərimli: "MNTK-dakılar Arif Hacılını müdafiə edənlərdir" Açıqlama

Tahir Kərimli: "MNTK-dakılar Arif Hacılını müdafiə edənlərdir" Açıqlama

"Müsavat partiyasının növbəti qurultayının keçiriləcəyi təqdirdə İsa Qəmbərin yenidən başqan seçilməsi ilə bağlı səsləndirilən iddialar söz oyunundan başqa bir şey deyil. İlk növbədə Arif Hacılının özü də buna razı olmaz". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, qurultayın yenidən keçirilməsi üçün əvvəlcə tələb edəcəklər ki, İsa Qəmbərin başqanlığa namizədliyi yenidən irəli sürülsün: "Təbii ki, bununla İsa Qəmbər formal əsaslar əldə edəcək. Çünki partiyanın qəbul etdiyi nizamnamədə başqanlığa seçilmək iki dəfə və ardıcıl şəkildə olur. Odur ki, 3-cü dəfə seçilmək üçün müəyyən fasilə lazımdır. Elə ona görə də qurultayın keçirilməsi haqqında deyilənlər nəzəri mühakimədir".

Partiya sədri onu da qeyd edib ki, Müsavat partiyası ağır vəziyyət yaşadığından, hətta İsa Qəmbər yenidən başqan olsa belə partiyanın parçalanmasının qarşısını almaq mümkün olmayacaq: "Partiyadaxili qarşıdurmalar nəticəsində partiya artıq 2-yə bölünüb. Bir sözlə, nə Arif Hacılı, nə Qubad İbadoğlu, nə də İsa Qəmbər indiki şəraitdə başqan seçilmək üçün hazır deyillər".

Tahir Kərimli həmçinin Müsavat Partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun partiyanın qurultayındakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa verilən rəyi də şərh edib. Onun fikrincə, MNTK-dakılar az qala Arif Hacılını müdafiə edən şəxslərdir. Buna görə də Qubad İbadoğlu fraksiya yaradılması təklifi ilə çıxış edib. Vəziyyət o yerə çatıb ki, hətta fraksiya yaratmaqda da çətinlik çəkilər".

Bütün xəbərlər Facebook səhifəmizdə