“AXCP və Müsavat rəhbərləri siyasətə gəlir mənbəyi kimi baxırlar” MÜSAHİBƏ
Müsahibimiz Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovdur
- Təhmasib müəllim, son günlər Müsavat və AXCP arasındakı hadisələr fonunda baş verənləri hər iki partiyanın düşmənçilik ənənəsinin davamı kimi qiymətləndirmək mümkündürmü?
- Bilirsinizmi, normal siyasətlə məşğul olan istənilən şəxs hər zaman müxalifət partiyalarında yerdəyişməni müşahidə edib. Müxalifətdə olan hazırkı şəxslərin 15-20 illlik siyasi fəaliyyətləri dövründə ancaq dağıdıcılığa meyillik fəaliyyəti daha çox yadda qalıb. Yəni onlar birlik yaradıb, fəaliyyət yolu tutmaq prinsipindən hər zaman uzaq olublar. Bu baxımdan, Müsavatdan istefa verənlərin Milli Şuraya üz tutmalarını, yaxud da AXCP-dən istefaye gedənlərin Müsavata keçmələrini müxalifət düşərgəsində gedən proseslərin tərkib hissəsi dəyərləndirmək lazımdır.
- Bütövlükdə müxalifətin ümumi məqsədə nail olmamalarının arxasında hansı faktorlar dayanır?
- Bizim bir çoxlarına bəllidir ki, əslində, AXCP və Müsavat rəhbərliyi arasında olan qarşıdurmanın kökü çox dərindir. Onların birinin digərini qəbul etməməsinin əsası 1992-ci ildən qoyulub. Bunun da faciəli acısını digər müxalifət partiyaları cəkib. AXCP-Müsavat qaşıdurması səbəbindən müxalifət partiyaları birləşmək üçün nə qədər müxtəlif qurumlar və bloklar yaratsalar da heç bir xeyiri olmayıb. Çünki AXCP-Müsavat düşmənciliyi müxalifətin ümumi məqsədləri biraraya gəlməsinə imkan verməyib. Bu proses səngiməyəcək. Yalnız hər iki partiyanın rəhbərliyində təmsil olunan şəxslərin siyasətdən getməsi ilə düşərgə daxilində sakitliyə nail olmaq olar. Bu isə mümkünsüz görünür. Cünki, AXCP–Müsavat rəhbərliyi siyasətə mübarizə vasitəsi kimi deyil, gəlir mənbəyi kimi baxırlar.
- Sizin fikrinizcə, cəmiyyət bu prosesləri necə qiymətləndirir?
- Bu qüvvələr çoxdan cəmiyyətin gözündən düşüb. Bunun da səbəbi müxalifət təmsilçilərinin yersiz hərəkətlərə, ürəkbulandırıcı ifadələrə əl atması ilə bağlıdır. Ciddi siyasətlə məşğul olan kəs, özünü cəmiyyət içində biabır etməməlidir. Bunlar isə çoxdan özlərini rüsvay ediblər.
- Ənənəvi müxalifətin, xüsusilə, radikalların bələdiyyə seçkilərinə önəm verməməsi, yaxud da iştirakdan imtinaları nəyə əsaslanır?
- Birmənalı şəkildə demək olar ki, bələdiyyə seçkiləri ilə bağlı müxalifətin fəaliyyəti hiss olunmaması müxalifət düşərgəsində baş verən qarşılıqlı çəkişmələrin olması ilə bağlıdır. Demək olar ki, müxalifət təmsilçiləri çox gözəl bilirlər, onların ölkədə keçiriləcək seçkilərdə nə isə bir uğur qazanması mümkün olan məsələ deyil. İndidən proqnoz vermək olar ki, bələdiyyə seçkilərində müxalifət məğlubiyyətə düçar olacaq. Digər tərəfdən, onların elektoratları, sosial bazaları da yoox səəviyyəsindədir. Bizlər bunu ötən parlament və prezident seçkilərində də kifayət qədər müşahidə etmişik. Bu baxımdan, düşərgə mənsubları əvvəllər olduğu kimi, bələdiyyə seçkilərindən sonra – gələn il keçiriləcək parlament seçkilərində də eyni aqibətlərini yaşayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB