Əli Orucov: "Onlar Müsavatda daha çox konflikt etməyə meyllidir"
"Müsavat partiyasının başqanı Arif Hacılı və Qubad İbadoğlu qarşıdurmasının partiyanın 2 yerə parçalanmasına səbəb olması barədə proqnoz vermək bir qədər çətindir. Çünki Müsavat daxilində gedən proseslərin xəmiri hələ çox su aparacaq". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.
Onun sözlərinə görə, partiya daxilindəki insanlar və qarşı tərəflər bir-birilərinə nəinki güzəştə, hətta barışığa da getmək istəmirlər: "Onlar daha çox konflikt etməyə meyllidirlər. Bu səbəbdən də partiyadaxili parçalanmalar mümkündür. Bilirik ki, hazırda bu istiqamətdə də proseslər gedir. Artıq kimlərsə oranı tərk edib və ya qovulublar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB