“MasterCard” Azərbaycanla bağlı yanlışlığı aradan qaldırıb

“MasterCard” Azərbaycanla bağlı yanlışlığı aradan qaldırıb

"MasterCard" beynəlxalq ödəniş sistemi rəsmi saytında Azərbaycanla bağlı yol verdiyi yanlışlığı artıq aradan qaldırıb. SİA-nın xəbərinə görə, şirkət rəsmi saytında yer alan "ATM Locator" (ATM-lərin yerləşməsi) bölməsində Azərbaycanın işğal altında olan ərazilərinin "Ermənistan" bölməsində göstərilməsi ilə bağlı yanlışlığa yol vermişdi. Bu gündən etibarən isə "ATM Locator" bölməsində Ermənistan üzrə axtarış verərkən "Stepanakert" (Xankəndi), "Shushi" (Şuşa) və s. şəhərləri tapmaq mümkün deyil.

Lakin şirkətin rəsmi saytında işğal altında olan Azərbaycan ərazilərində göstərilən xidmətin dayandırılıb-dayandırılmadığı barədə hər hansı qeyd yoxdur. Bu səbəbdən də "MasterCard"ın Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərməkdə davam edib-etmədiyi barədə sual hələlik cavabsız qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə