Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanı qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB