Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi ilə görüş keçirilib

Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi ilə görüş keçirilib

Bu gün Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi Sadəttin Topukçu və "Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri" dərnəyinin sədri Ertan Ersan, üzvləri Mevin Endoğan, Gürsel Benan, Emine Deyirmençioğlu və Eser Ecevit "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olublar.

Görüşdə çıxış edən "Kuzey Kıbrıs şəhid ailələri və məlul qaziləri" dərnəyinin sədri Ertan Ersan rəhbərlik etdiyi qurum haqqında qısa məlumat verib.

O, dərnəyin 1975-ci ilin yanvar ayında təsis olunduğunu və dərnək rəhbəri ailələrinin Şimali Kipr müharibəsində 5 şəhid verdiyini dilə gətirib: "Dərnəyimizdə şəhid övladları və şəhid olmuş insanların xanımları da təmsil olunur. Bu gün Şimali Kiprdə şəhid verməyən ailə tapılmaz. Olduqca ağır günlər keçirmişik. Artıq bütün bunlar arxada qalıb. Əminəm ki, gələcəkdə hər yerdə sülh və əmin-amanlıq bərqərar olacaq. Azərbaycanda müharibədən əziyyət çəkən ölkələrdəndir. Yaxın dövrdə ölkənizin ərazi bütövlüyü təmin olunacaq və haqq-ədalətin öz yerini tapacağına inanıram".

Daha sonra görüş qarşlıqlı söhbət əsasında davam edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə