Arzu Abdullayevadan İşçi Qrupuna etiraz edənlərə CAVAB - EKSKLÜZİV
"Yaradılan İşçi Qrupuna qarşı elə də ciddi hücumlar yoxdur. Ola bilsin ki, bəzi vətəndaş cəmiyyəti fəalları bu qrupun fəaliyyətinə inamsız yanaşırlar. Lakin gərək İşçi Qrupu davamlı qaydada işləməyə başlasın ki, nələrə nail olmasını göstərsin ki, onun fəaliyyəti ilə bağlı hər hansı bir iddialar, inamsızlıq fikirləri irəli sürülsün. Məhz bundan sonra baxmaq və nəticə çıxarmaq olar ki, İşçi Qrupu yaxşı işləyir, yaxud da işləyə bilmir". Bu sözləri SİA-ya açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın "facebook" hesabında adıçəkilən Qrupun işinə etiraz etməsinə münasibətini bildirərkən deyib.
Arzu Abdullayeva eyni zamanda xatırladıb ki, artıq İşçi Qrupu ilk uğurlu addımını atmağa nail olub: "Artıq bir müsbət iş olub ki, bu da Hilal Məmmədovla bağlı idi. Bilirsiniz ki, onun öz qızının toyunda iştirak etməsinə icazə verilmişdi. Bunu isə artıq İşçi Qrupunun yaxşı fəaliyyət göstərməsi ilə əlaqələndirmək olar. Lakin bütün bunlara rəğmən, Qrupun mənfi, ya da müsbət tərəfi haqqında danışmaq məncə, tezdir".
Hüquq müdafiəçisi qeyd edib ki, İşçi qrupunun fəaliyyətinin bərpası Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür: "Bilirsiniz, iş ondadır ki, bu bizim təşəbbüsümüz deyil, Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür. Həm iqtidarın, həm də vətəndaş cəmiyyətinin nümayəndələri bu təşəbbüsdən sonra birgə fəaliyyətə başlayıblar. Çünki birinci İşçi Qrupunun davamı kimi bizim Qrup da öz işini davam etməli idi. Digər tərəfdən, birinci İşçi Qrupunun fəaliyyətində də müsbət işlər aparılmışdı. 373 nəfər azadlığa buraxılmışdı. Yəni bunu danmaq mümkün deyil. Ona görə də nəticə çıxaranlar tələsməməlidirlər. Zaman hər şeyi göstərəcək. Çünki dialoq bu prosesdə çox mühüm bir faktordur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB