“AXCP də Müsavat da siyasi səhnədən birdəfəlik getməlidir” AÇIQLAMA

“AXCP də Müsavat da siyasi səhnədən birdəfəlik getməlidir” AÇIQLAMA

"AXCP də, Müsavat da siyasi səhnədən birdəfəlik getməlidir. Çünki, onların mövcudluğu ölkəmizdə siyasi təsisatların formaslaşmasına mane olur. Bunu özləri də başa düşürlər, ona görə də fəsilə uyğun mitinq keçirməklə öz iflaslarını ört-basdır etməyə çalışırlar". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı partiyasının sədri Əflan İbrahimov deyib.

AXCP və Müsavatın noyabr ayında növbəti dəfə mitinq keçirəcəkləri ilə bağlı çağırışlarına münasibət bildirən Ə.İbrahimov qeyd edib ki, İsa Qəmbərin bu xalqa etdiyi xəyanətləri, Əli Kərimlinin satqınlıqlarını hər kəs görür: "Əslində cəmiyyət, vətəndaşlar artıq onları qınamalı, təpki göstərməlidirlər. Onlar ölkəmizin inkişafına xələl gətirməyə çalışırlar. Məqsədləri də yalnız budur. Noyabr ayı mitinq keçirib, sonra da marta kimi yatacaqlar. Yayda ümumiyyətlə, bayıra çıxmayacaqlar, yenə də növbəti payızda "Məhsul"a qaçacaqlar. Bu onların ənənə halını alan rüsvayçı xislətidir".

Bütün xəbərlər Facebook səhifəmizdə